...

Ermənistanda seçki komissiyalarının 120-dən artıq üzvü seçki məntəqələrinə gəlməyib

Dünya xəbərləri Materials 18 Fevral 2013 10:37 (UTC +04:00)
Fevralın 18-də səhər Ermənistanda prezident seçkiləri günü seçki komissiyalarının 15904 üzvündən 120-dən çoxu seçki məntəqələrinə gəlməyib. Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan bildirib. Bu barədə “news.am” yazır.
Ermənistanda seçki komissiyalarının 120-dən artıq üzvü seçki məntəqələrinə gəlməyib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Fevralın 18-də səhər Ermənistanda prezident seçkiləri günü seçki komissiyalarının 15904 üzvündən 120-dən çoxu seçki məntəqələrinə gəlməyib. Trend-in məlumatına görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan bildirib. Bu barədə "news.am" yazır.

MSK sədri seçki komissiyalarının sədrləri müəyyən olunmuş qaydada təkcə səkkiz yeni təyinat keçirib. Odur ki, əgər ən azı seçki komissiyalarının 7 üzvü prosesdə iştirak edirsə, komissiya fəaliyyətini davam etdirə bilər. "Bütün komissiyalar tam fəaliyyət göstərir ",- Mukuçyan bildirib.

O həmçinin qeyd edib ki, 1988 seçki məntəqəsindən yeddisi cəzaçəkmə müəssisələrdə formalaşdırılıb. Onlarda səsvermə prosesi iş rejimindən və səs verənlərin sayı ilə əlaqədar olaraq adi seçki məntəqələrindəkindən gec başlayacaq. Cəzaçəkəm müəssisələrindən birində səsvermə saat 10:00-da, digər altısında isə 17:00-də başlayacaq.

Bazar ertəsi, fevralın 18-də, yerli vaxtla saat 08:00-dan 20:00-dək Ermənistanda prezident seçkiləri keçirilir.

Dövlət başçısı beş il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti