...

Ermənistan MSK prezident seçkilərinin ilkin yekunları üzrə protokolu imzalayıb

Dünya xəbərləri Materials 19 Fevral 2013 11:05 (UTC +04:00)
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri çərşənbə axşamı dünən keçirilən prezident seçkilərinin ilkin yekunları üzrə protokolu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə “Novosti-Armeniya” yazır.
Ermənistan MSK prezident seçkilərinin ilkin yekunları üzrə protokolu imzalayıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri çərşənbə axşamı dünən keçirilən prezident seçkilərinin ilkin yekunları üzrə protokolu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" yazır.

İlkin məlumata görə, 1988 seçki məntəqəsinin hamısında səslərin hesablanmasından sonra Ermənistanın hazırki rəhbəri Serj Sarqsyan 58,64, Raffi Ovannisyan 36,74, Qrant Baqratyan 2,15, Paruyr Hayrikyan 1,23, Andrias Qukasyan 0,57 faiz, Vardan Sedrakyan- 0,42, Arman Məlikyan 0,24 faiz səs toplayıb.

Fevralın 18-də Ermənistanda sayca altıcı prezident seçkiləri keçirilib. MSK-nin ilkin məlumatına görə, seçkilərdə 1 518 407 seçici yaxud ümumi elektoratın 60,05 faizi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti