...

Ermənistan prezidentliyinə namizəd milli keçid şurasının yaradılmasında israrlıdır

Dünya xəbərləri Materials 21 Fevral 2013 17:31 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd, uzun müddət aclıq aksiyası keçirmiş Andreas Qukasyan bəyanatla çıxış edib. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" yazır.
Ermənistan prezidentliyinə namizəd milli keçid şurasının yaradılmasında israrlıdır

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd, uzun müddət aclıq aksiyası keçirmiş Andreas Qukasyan bəyanatla çıxış edib. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" yazır.

Qukasyanın sözlərinə görə, fevralın 18-də keçirilən səsvermə növbəti dəfə göstərdi ki, Ermənistan hakimiyyəti azad və düzgün seçkilər keçirməyə qadir deyil.

"Məlum oldu ki, Respublika Partiyası qanuna uyğun olaraq özünün hərəkət etmək üzrə bütün imkanlarını xərclədi. Səsvermə zamanı yarım milyondan artıq adam rejim əleyhinə səs verdi", - bəyanatda deyilir.

Namizəd öz bəyanatında bildirib ki, xalqın öz siyasi gələcəyini sərbəst şəkildə həll etməli olduğu həlledici məqam artıq çatıb.

"Vətəndaşlar və siyasi qüvvələr azad seçkilərin keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürəcək milli keçid şurasını yarada bilərlər", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti