...

Ermənistan prezidenti KTMT-nin baş katibini qəbul edib

Dünya xəbərləri Materials 9 Aprel 2013 11:31 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanı qəbul edib. Trend-in çərşənbə axşamı "Armenia Today"ə istinadən verdiyi məlumata görə, Bordyuja Ermənistan prezidentinin inauqariyasında iştirak etmək üçün Yerevana gəlib.
Ermənistan prezidenti KTMT-nin baş katibini qəbul edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanı qəbul edib. Trend-in çərşənbə axşamı "Armenia Today"ə istinadən verdiyi məlumata görə, Bordyuja Ermənistan prezidentinin inauqariyasında iştirak etmək üçün Yerevana gəlib.

Görüş zamanı Nikolay Bordyuja Sarkisyanı KTMT-nin cari işləri və proqramları barədə məlumatlandırıb.

Görüş iştirakçıları, həmçinin KTMT çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə ediblər, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsinin gedişatına toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti