...

Berluskoni İtaliyanın baş naziri vəzifəsinə öz namizədliyini irəli sürəcək

Dünya xəbərləri Materials 14 Aprel 2013 01:53 (UTC +04:00)
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni şənbə günü bildirib ki, əgər yaxın vaxtlarda Apenində növbədənkənar parlament seçkiləri keçirilərsə, o baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyə hazırdır.
Berluskoni İtaliyanın baş naziri vəzifəsinə öz namizədliyini irəli sürəcək

Azərbaycan, Bakı, 14 aprel /Trend/

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni şənbə günü bildirib ki, əgər yaxın vaxtlarda Apenində növbədənkənar parlament seçkiləri keçirilərsə, o baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyə hazırdır. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Bununla yanaşı, artıq üç dəfə İtaliyanın baş naziri olmuş siyasətçi, əlavə edib ki, iyun ayında seçkilər baş tutsa, onda o, "azadlıq koalisiyası"nın lideri və Nazirlər Şurasının sədri kimi yenidən öz namizədliyini irəli sürəcək.

Berlusconi qeyd edib ki, sonuncu parlament seçkilərindən 50 gün keçsə də, ölkədə indiyənədək hökumət formalaşmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti