Tiqran Sarkisyan yenidən Ermənistanın baş naziri vəzifəsinə təyin ediləcək

Dünya xəbərləri Materials 18 Aprel 2013 22:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Tiqran Sarkisyan yenidən Ermənistanın baş naziri vəzifəsinə təyin ediləcək. RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə bildirib.

"Bu gün Ermənistanın Respublika partiyasının iclasında ERP-nın sədri, Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Tiqran Sarkisyan yenidən Ermənistanın baş naziri olacaq", - Şarmazanov deyib.

Sarkisyan 2009-cu ilin aprel ayından Nazirlər Kabinetinin sədri vəzifəsində çalışır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti