Azərbaycan, Bakı, 2 may / Trend, müxbir T.Cəfərov/
İranın Buşəhr əyalətinin Abdan şəhərində 4,8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRİNN telekanalı xəbər verir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, aprelin 10-da İranın Buşəhr əyalətinin Kaki şəhərində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Bundan sonra 5 bal gücündə təkrar yeraltı təkanlar qeydə alınmışdı. Zəlzələ nəticəsində 33-dən çox insan həlak olmuş, mindən artıq şəxs yaralanmışdı.