...

Ermənistanı tərk edən vətəndaşların sayı artıb

Dünya xəbərləri Materials 2 May 2013 14:56 (UTC +04:00)
Sərhəd buraxılış məntəqələri vasitəsilə həyata keçirilən xarici sərnişin dövriyyəsinin ümumi həcmi 2013-cü ilin yanvar-martında 826.7 min təşkil edib.
Ermənistanı tərk edən vətəndaşların sayı artıb

Azərbaycan, Bakı, 2 may /Trend/

Sərhəd buraxılış məntəqələri vasitəsilə həyata keçirilən xarici sərnişin dövriyyəsinin ümumi həcmi 2013-cü ilin yanvar-martında 826.7 min təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ermənistan Milli Statistika Xidməti tərəfindən dərc olunan məlumatlara istinadən "1in.az" saytı xəbər yayıb.

Üç ay ərzində Ermənistanın bütün sərhəd buraxılış məntəqələrindən ölkəyə gələnlərin ümumi sayı 394, 825 nəfər olub. Bundan 223,710 nəfəri Ermənistan vətəndaşı olub. Gedənlərin sayı isə 259,210 Ermənistan vətəndaşı olmaqla 431, 923 nəfər təşkil edib.

Bununla da, 2013-cü ilin yanvar-mart aylarında Ermənistana gələn və gedənlərin ümumi balansında mənfi saldo yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti