Azərbaycan, Bakı, 11 may /Trend/
Türkiyənin Reyhanlı şəhərində baş vermiş partlayışlar milli barışıq istəməyən şəxslərin və qruplaşmaların işidir. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanət verib.
Trendin Türkiyənin Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, hal-hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.
Şənbə günü Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində bələdiyyə binasının yaxınlığında və şəhərin mərkəzində ardıcıl 4 güclü partlayış baş verib.
Partlayışlar nəticəsində 40 nəfər ölüb, 100 nəfərdən çox xəsarət alıb.