...

Türkiyə BVF-yə olan borcunu tam ödəyib

Dünya xəbərləri Materials 14 May 2013 13:19 (UTC +04:00)
Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunu tam ödəyib.
Türkiyə BVF-yə olan borcunu tam ödəyib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A. Tağıyeva/

Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunu tam ödəyib. Bu barədə Trend çərşənbə axşamı "TRT Türk" telekanalına istinadən məlumat verir.

Məlumata görə, Türkiyənin BVF-yə sonuncu ödənişinin həcmi 421 milyon dollar olub. Bundan başqa, borc ödənildikdən sonra Türkiyə BVF-yə 5 milyard dollar həcmində kredit vermək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti