...

İran DİN prezidentliyə namizədlərin adlarını açıqlayıb

Dünya xəbərləri Materials 22 May 2013 00:27 (UTC +04:00)
İran Daxili İşlər Nazirliyi çərşənbə günü Keşikçilər Şurası tərəfindən təsdiq edilmiş prezidentliyə namizədlərin adlarını açıqlayıb.
İran DİN prezidentliyə namizədlərin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 22 may /Trend /

İran Daxili İşlər Nazirliyi çərşənbə günü Keşikçilər Şurası tərəfindən təsdiq edilmiş prezidentliyə namizədlərinin adlarını açıqlayıb. Bu barədə Trend İranın dövlət rəsmi xəbər agentliyinə istinadən məlumat verir.

Namizədlərin adları bunlardır: Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qarazi və Əli Əkbər Vilayəti.

Bu barədə İran Mərkəzi Seçki Komissiyasının rəhbəri, daxili işlər nazirinin müavini Sulat Mürtəzəvi bəyan edib.

İranda 11-ci prezident seçkiləri 2013-cü ilin iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti