...

İran Prezidenti öz tərəfdarının seçkilərdə iştirakdan kənarlaşdırılması məsələsi üzrə ali lderə müraciət edəcək

Dünya xəbərləri Materials 22 May 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad öz tərəfdarı İsfəndiyar Rəhim Məşainin seçkilərdə iştirakdan kənarlaşdırılması məsələsi üzrə ölkənin ali dini lideri Əli Xamneyiyə müraciət edəcək. Bu barədə Trend çərşənbə günü ISNA agentliyinə istinadən məlumat verir.

Əhmədinejad bildirib: "Mən Məşainin namizədliyini dəstəklədim, çünki o, ölkə üçün çox şey edə bilərdi".

Əhmədinejad ümid etdiyini bildirib ki, bu problem həll ediləcək. Onun sözlərinə görə, Məşai bu işin öhdəsindən gələcək.

İran Prezidenti özünün və Məşaiinin tərəfdarlarını səbirli olmağa çağırıb və əlavə edib ki, ölkədə bütün problemləri həll edən lider var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti