...

Braziliyada təşkil edilən futbol üzrə Konfederasiyalar Kuboku dayandırıla bilər

Dünya xəbərləri Materials 21 İyun 2013 13:15 (UTC +04:00)
Futbol üzrə Konfederasiyalar Kuboku Braziliyida iğtişaşlarla müşayiət edilən etiraz aksiyaları səbəbindən yarımçıq dayandırıla bilər.
Braziliyada təşkil edilən futbol üzrə Konfederasiyalar Kuboku dayandırıla bilər

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Futbol üzrə Konfederasiyalar Kuboku Braziliyida iğtişaşlarla müşayiət edilən etiraz aksiyaları səbəbindən dayandırıla bilər. Bu barədə Trend cümə günü İTAR-TASS-a istinadən məlumat verir.

Məlumata görə, kubokda iştirak edən İtaliya yığması təhlükəsizlik səbəbindən təcili olaraq Braziliyanı tərk edərək ölkəyə qayıtmağı nəzərdən keçirir.

Dünən etirazçılar FIFA üzvlərinin olduğu iki mikroavtobusu daşlayıblar. Bundan başqa, FIFA nümayəndələrinin olduğu hotelə hücum olub.

Lakin FIFA yarışı yarımçıq dayandırmaq niyyətində deyil.
FIFA nümayəndəsi Deliya Fişer deyib: "Biz Braziliya hakimiyyətinə güvənirik və əminik ki, problemlər həll olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti