...

Liviya Misirlə quru sərhədi bağlayıb

Dünya xəbərləri Materials 28 İyul 2013 02:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Liviyanın baş naziri Əli Zeydan cümə günü güllələnmiş tanınmış siyasətçi və vəkil Əbdessalam əl-Mismarinin qətlində günahkarların ölkədən qaçmağa mane olmaq üçün, şənbə günü Misirlə quru sərhədi bağlamağa göstəriş verib. Trend İTAR-TASS agentliyinə istinadən, bu barədə Benqazi məlumat verib.

"Misirlə sərhədin bağlanması haqqında əmr verilib. Yalnız yüklər buraxılacaq", - mətbuat konfransında baş nazir bildirib.

Zeydanın sözlərinə görə, Tripoli artıq qəbul edilmiş qərar haqqında Misir hakimiyyətinə məlumat verib. Şübhəli şəxslərin siyahısı, tezliklə Qahirəyə veriləcək , Zeydan əlavə edib.

Baş nazir həmçinin qətlin araşdırılmasının keçirilməsində köməklik göstərilməsi üçün beynəlxalq cəmiyyətə müraciət edib.

Xəbər lenti

Xəbər lenti