...

Türkiyədə sürücülər sürücülük hüququndan birdəfəlik məhrum edilə bilərlər

Dünya xəbərləri Materials 26 Avqust 2013 15:45 (UTC +04:00)
Türkiyədə yeni hökümət qətnaməsinə əsasən yol polisi tərəfindən müsadirə olunan sürücülük vəsiqəsi sahiblərinə qaytarılmayacaq və etibarsız kimi qəbul ediləcək.
Türkiyədə sürücülər sürücülük hüququndan birdəfəlik məhrum edilə bilərlər

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə yeni hökümət qətnaməsinə əsasən yol polisi tərəfindən müsadirə olunan sürücülük vəsiqəsi sahiblərinə qaytarılmayacaq və etibarsız kimi qəbul ediləcək. Bu barədə Trend "Sabah" qəzetinə istinadən bildirir.

Qəzetdə bildirilir ki, Türkiyənin Təhlükəsizlik üzrə Baş müdiriyyəti müvafiq qanun layihəsini ölkənin Nazirlər Kabineti və Parlamentinə göndərib. Qanun layihəsində vurğulanır ki, sürücülük hüququ məhdudlaşdırılan şəxslər yenidən sürücülük vəsiqəsi almalı olacaqlar.

Bundan əlavə, yeni qanun layihəsinə əsasən, Türkiyədə sürücülər yol qaydalarını pozduqlarına görə cərimələri bir neçə dəfəyə ödəyə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti