Azərbaycan, Bakı, 5 sentyabr /Trend /
Sentyabrın 12-də Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Ermənistana səfərə gələcək. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" saytı "Aykakan Jamanak" qəzetinə istinadən bildirib.
Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat katibi Anait Azaryan vurğulayıb ki, Ştefan Füle 12-13 sentyabr tarixlərində "Şərq tərəfdaşlığı" ölkələrinin nazirlərinin üçüncü qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Ermənistana səfər edəcək. Fülenin sözçüsü Peter Stentonda komissarın sentyabrın 12-də gələcəyini təsdiqləyib.
Nəşr müəllifləri qeyd ediblər: "Buna qədər isə avropalı məmurlar Ermənistanın Gömrük İttifaqına qoşulmaq haqqında qərarı ilə bağlı izahat almağa cəhd edəcəklər. Bu məqsədlə cümə axşamı Parlamentin Xarici əlaqələr komissiyasının rəhbəri Artak Zakaryan və hakim Respublika partiyasının sədrinin müavini Armen Aşotyan Brüsselə gedəcəklər".