...

Fransa İrandan nüvə proqramından imtina edilməsinə dair konkret addımlar gözləyir

Dünya xəbərləri Materials 24 Sentyabr 2013 23:44 (UTC +04:00)
Fransa İrandan nüvə proqramı ilə bağlı "konkret addımlar" gözləyir, Fransa prezidenti Fransua Olland çərşənbə axşamı BMT Baş Assambleyasında çıxış edərkən bildirib.
Fransa İrandan nüvə proqramından imtina edilməsinə dair konkret addımlar gözləyir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Fransa İrandan nüvə proqramı ilə bağlı "konkret addımlar" gözləyir, Fransa prezidenti Fransua Olland çərşənbə axşamı BMT Baş Assambleyasında çıxış edərkən bildirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Ollandın sözlərinə görə, İran " öz nüvə proqramından imtina etməsi barədə konkret addımlar atmalıdır". Fransa prezidenti bu bəyanatı İran lideri Həsən Ruhani ilə görüş ərəfəsində edib.

ABŞ, İsrail və bir sıra digər Qərb ölkələri İrandan dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamaqda şübhələnilir. Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinin dinc tələbatının ödənilməsinə yönəlib.

Hazırda BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi bir sıra ölkələrin və təşkilatların yalnız sülh yönümlü nüvə proqramının tam şəffaflığını təmin edən və onu İrandan tələb edən birtərəfli qaydada dörd sanksiya qətnaməsi qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti