...

Rusiya DİN rəhbəri: "İş adamları işçi miqrantları mənzillə təmin etməlidirlər

Dünya xəbərləri Materials 23 Oktyabr 2013 14:56 (UTC +04:00)
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Dövlət Dumasının iclasında bəyan edib ki, Rusiyada miqrantları işəgötürənlər belə işçiləri mənzillə təmin etməli və qeydiyyatdan keçirməlidirlər.
Rusiya DİN rəhbəri: "İş adamları işçi miqrantları mənzillə təmin etməlidirlər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Dövlət Dumasının iclasında bəyan edib ki, Rusiyada miqrantları işəgötürənlər belə işçiləri mənzillə təmin etməli və qeydiyyatdan keçirməlidirlər.

Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nazir bildirib ki, əmək miqrantlarını işə təyin edən sahibkarlar onları mənzil fondunda konkret ünvan üzrə müvəqqəti qeydiyyatın olduğu yaşayış yeri ilə təmin etməlidirlər:

"Onların hüquqi ünvanlar üzrə qeydiyyatı qadağan edilməli, xarici vətəndaşların işə cəlb edilməsi üzrə hüquqi kvotanın "yenidən satılması"na görə məsuliyyəti gücləndirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti