...

Nikolay Azarov: Rusiya ilə əldə olunan razılaşma Kiyevi müflisləşməkdən və sosial fəlakətdən xilas etdi

Dünya xəbərləri Materials 18 Dekabr 2013 14:36 (UTC +04:00)
Prezident Viktor Yanukoviçin çərşənbə axşamı Moskvaya səfəri zamanı Rusiya ilə əldə olunan razılaşma olmasaydı, Ukraynanı müflisləşmə və sosial fəlakət gözləyə bilərdi.
Nikolay Azarov: Rusiya ilə əldə olunan razılaşma Kiyevi müflisləşməkdən və sosial fəlakətdən xilas etdi

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Prezident Viktor Yanukoviçin çərşənbə axşamı Moskvaya səfəri zamanı Rusiya ilə əldə olunan razılaşma olmasaydı, Ukraynanı müflisləşmə və sosial fəlakət gözləyə bilərdi. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib.

Azarov hökumətin iclasında deyib: "Ukraynanı nə gözləyirdi? Cavab aydındır: müflisləşmə və sosial fəlakət. Ukrayna xalqının bax belə bir Yeni il hədiyyəsi gözləyirdi".

Dünən Moskva və Kiyev arasında Ukrayna üçün Rusiya qazının dəyərinin azaldılması, eləcə də Rusiya tərəfindən Ukraynanın 15 milyard dollarlıq avrobondlarının alınmasına dair razılaşma əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti