...

Rusiyada qanunu pozan miqrantların ölkəyə gəlişinə qadağanı on ilədək uzatmağı təklif edilir

Dünya xəbərləri Materials 20 Dekabr 2013 13:13 (UTC +04:00)
Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski Rusiya Federasiyasında olmanın müddətini pozan viza rejimi tətbiq olunmayan ölkələrin vətəndaşlarına Rusiyaya gəlmək üçün qoyulan qadağanın müddətini on ilədək artırmağı təklif edib.
Rusiyada qanunu pozan miqrantların ölkəyə gəlişinə qadağanı on ilədək uzatmağı təklif edilir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Rusiyanın Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski Rusiya Federasiyasında olmanın müddətini pozan viza rejimi tətbiq olunmayan ölkələrin vətəndaşlarına Rusiyaya gəlmək üçün qoyulan qadağanın müddətini on ilədək artırmağı təklif edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb.

Romodanovski xatırladıb ki, yaxın vaxtlarda Dövlət Duması tərəfindən vizasız ölkələrdən əcnəbilər üçün ölkədə olma müddətinin məhdudiyyəti üzrə norma yarım il ərzində 90 gün qəbul edilib. Olma şərtlərinin pozulması üçün Rusiyaya gəlişə üç il qadağa təyin edilib. Həm də qadağa avtomatik olaraq müəyyən ediləcək.

FMX rəhbəri Dövlət Dumasında Tacisikistan vətəndaşlarının RF-də olması qaydaları haqqında sazişin ratifikasiyasının müzakirələri zamanı deyib: "Daha da irəli getməyi təklif edirəm. Məsələn, ölkədə olma müddətinin yarım ili keçməsinə görə gəlişə qadağa beş il, olmanın müddətinin bir ildən çox pozulması üçün ölkəyə gəlişə qoyulan qadağa on ilədək artırılsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti