...

Güclü qar Gürcüstanın bəzi avtomobil yollarında gərginlik yaradıb

Dünya xəbərləri Materials 14 Yanvar 2014 10:39 (UTC +04:00)
Güclü qar yağması ilə əlaqədar Tbilisi-Senaki-Leselidze avtomagistralının 135-156-cı kilometrliyində (Çumateleti-Xunevi) qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib.
Güclü qar Gürcüstanın bəzi avtomobil yollarında gərginlik yaradıb

Gürcüstan, Tbilisi, 14 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Güclü qar yağması ilə əlaqədar Tbilisi-Senaki-Leselidze avtomagistralının 135-156-cı kilometrliyində (Çumateleti-Xunevi) qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib. Digər avtomobil vasitələrinin hərəkəti sərbəstdir. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib.

Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Mleta-Kobi hissəsində yolun buz bağlaması nəticəsində iki və daha çox aparıcı oxu olan maşınların hərəkətinə icazə verilir, qalan nəqliyyat vasitələrinin hərəkəti yalnız xüsusi zəncirlər olduğu halda mümkündür.

Quduari-Kobi hissəsində nəqliyyatın hərəkəti qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçirilir. Hərəkəti patrul polisi nizamlayır.

Ölkənin digər yollarında hərəkətlə bağlı məhdudiyyətlər yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti