...

Bəşər Əsəd növbəti prezident seçkilərində iştirak edəcəyini təsdiqləyib

Dünya xəbərləri Materials 20 Yanvar 2014 14:24 (UTC +04:00)
Suriya Prezidenti Bəşər Əsəd bəyan edib ki, çox güman ki, cari ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Bəşər Əsəd növbəti prezident seçkilərində iştirak edəcəyini təsdiqləyib

Azərbaycan, Bakı, 20 yanvar /Trend /

Suriya Prezidenti Bəşər Əsəd bəyan edib ki, çox güman ki, cari ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Frans-Press agentliyinə istinadən xəbər yayıb.

Əsəd yanvarın 22-nə planlaşdırılan Suriya üzrə beynəlxalq konfrans ərəfəsində agentliyə verdiyi müsahibəsində deyib: "Hesab edirəm ki, heç nə öz namizədliyimi irəli sürməyimə mane ola bilməz... və əgər ictimai rəy mənim tərəfimdə olarsa, mən bir dəqiqə də tərəddüd etməyəcəyəm. Demək olar ki, seçkilərdə iştirak edəcəyim ehtimalı çox yüksəkdir".

İsveçrənin Montre şəhərində keçiriləcək konfransda müzakirə olunacaq əsas məsələlərdən biri müxalifətin, eləcə də onun xaricdə yaşayan üzvlərinin iştirakı ilə Suriyada keçid hökumətinin formalaşdırılmasıdır.

Əsəd özü xaricdəki müxalifətin keçid administrasiyasının tərkibinə daxil edilməsi barədə təklifi "zarafat" adlandırıb: "Onlar ...30 dəqiqəlik fotosessiya üçün sərhədi keçəcəklər, sonra isə qaçacaqlar. Onlar necə nazir ola bilərlər? Bu təklif tamamilə qeyri-realdır, amma ona gülməli zarafat kimi baxmaq olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti