...

Fabio Kapello Rusiya Futbol İttifaqı ilə müqavilənin müddətini uzadıb

Dünya xəbərləri Materials 24 Yanvar 2014 10:54 (UTC +04:00)
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqı (RFİ) ilə müqavilənin müddətini 2018-ci ilə qədər uzadıb.
Fabio Kapello Rusiya Futbol İttifaqı ilə müqavilənin müddətini uzadıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqı (RFİ) ilə müqavilənin müddətini 2018-ci ilə qədər uzadıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i təşkilatın saytına istinadən xəbər verir.

Kapello Rusiya yığmasına 2012-ci ilin iyulundan rəhbərlik edir. O, bu postda holland Dik Advokatı əvəz edərək iki illik müqavilə imzalayıb.

2013-cü ilin iyununda 67 yaşı tamam olan Kapellonun rəhbərliyi altında Rusiya yığması 2002-ci ildən dünya çempionatına yol açıb, portuqaliyalıları qabaqlayaraq ilk dəfə öz seçmə qrupunda birinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti