...

İranın Fars Dili Akademiyası ölkədə etnik qrupların ana dilinin tədrisinin əleyhinədir

Dünya xəbərləri Materials 28 Yanvar 2014 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

İranın Fars Dili və Ədəbiyyatı Akademiyası üzvlərinin əksəriyyəti Prezident Həsən Ruhaninin məktəblərdə ölkədəki etnik qrupların ana dilinin tədris edilməsi proqramının əleyhinədirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İranın "Mehr" agentliyi xəbər yayıb.

Fars Dili və Ədəbiyyatı Akademiyası İran hökumətinin nəzarətindədir. Onun fəaliyyətinin əsas istiqaməti xarici ümumi və ya texniki terminlər üçün rəsmi fars ekvivalentlərinin yaradılması və təsdiqidir. Bundan başqa, akademiyada fars dilinin rəsmi orfoqrafiyası üzərində iş gedir.

İranın təhsil naziri Əli Əsgər Fani ilə görüşdə akademiyanın üzvləri məktəblərdə etnik qrupların milli dillərinin tədrisinin mümkünlüyü ilə bağlı narahatlıq ifadə olunub və bunun fars dili üçün ciddi təhlükə olduğunu bəyan ediblər.

Akademiyanın üzvü Fətullah Müjtəbai xarici ölkələri, eləcə də İranla qonşu olan bəzi dövlətləri etnik qrupların ana dilinin tədrisi məsələsində öz şəxsi maraqları baxımından İrana təzyiq göstərməkdə ittiham edib.

Bir müddət əvvəl İran Prezidentinin xüsusi köməkçisi Əli Yunisi hökumətin ölkədəki müxtəlif etnik qruplar üçün xüsusi ana dili kurslarının tətbiqinə hazırlaşdığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti