Azərbaycan, Bakı, 8 fevral / Trend /
ABŞ Konqresinin üzvü Duq Kollins (Doug Collins) 2014-cü ilin fevralın 7-də Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olaraq qoşulub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla İşçi Qrupundakı üzvlərin sayı 61-ə çatıb. Duq Kollinsin Azərbaycan üzrə İşçi Qrupuna qoşulmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub. Respublikaçılar partiyasından olan konqresmen Kollins ABŞ Konqresində Corciya ştatına aid seçki dairəsini təmsil edir.
2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.