Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Bu gün səhər İranın cənubundakı Fars vilayətində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın ISNA agetliyi xəbər yayıb.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Xidmətin məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 7:40-da beş kilometr dərinlikdə baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.