...

İsraildə yaşayış evində qazdan partlayış olub, 4 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Fevral 2014 13:58 (UTC +04:00)
İsrailin şimalında qaz balonunun partlaması nəticəsində 3 mərtəbəli yaşayş evi dağılıb, 4 nəfər ölüb.
İsraildə yaşayış evində qazdan partlayış olub, 4 nəfər ölüb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

İsrailin şimalında qaz balonunun partlaması nəticəsində 3 mərtəbəli yaşayş evi dağılıb, 4 nəfər ölüb. Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə onlarla insanın xəsarət almasına səbəb olub.

Partlayış Akko şəhərində evdə baş verib. Polislər və hərbçilər xəsarət alanların axtarışını aparmaq üçün ərazini dağıntılardan təmizləyirlər.

Polis partlayışın səbəbini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti