...

RF Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsi haqqında təklifə baxmağa hazırdır

Dünya xəbərləri Materials 25 Fevral 2014 11:58 (UTC +04:00)
Rusiya Ukraynanın ərazi bütövlüyünün saxlanmasının tərəfdarıdır. Lakin bununla yanaşı, Krımın RF ilə birləşməsi haqqında qərar qəbul ediləcəyi halda ona baxmağa hazırdır.
RF Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsi haqqında təklifə baxmağa hazırdır

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Rusiya Ukraynanın ərazi bütövlüyünün saxlanmasının tərəfdarıdır. Lakin bununla yanaşı, Krımın RF ilə birləşməsi haqqında qərar qəbul ediləcəyi halda ona baxmağa hazırdır. Bunu Simferopolda RF Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Slutski bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı YULİAN agentliyi yayıb.

L.Slutski deyib: "Ümumilikdə Ukraynada vəziyyətlə bağlı bizim baxışlarımıza gəldikdə, biz Ukraynanın bütövlüyünün qorunub saxlanmasının tərəfdarıyıq. Ümid edirik ki, bu gün bu, realdır... Biz ölkənin bütövlüyünü qoruyub saxlamağı bacaracağına inanırıq".

Bununla yanaşı, o qeyd edib ki, əgər bu gün Kiyevdə mövcud olan tendensiyalar davam etsə və dərinləşsə, Krım parlamenti və yarımadanın əhalisi RF ilə birləşmək istəklərini referendumda ifadə edərlərsə, Rusiyada belə qərar nəzərdən keçiriləcək.

Slutski bəyan edib: "Biz bu vəziyyəti öyrənəcəyik və çox güman ki, kifayət qədər sürətlə öyrənəcəyik... Yəqin ki, biz sağlam düşüncəni və onun reallaşdırılması üçün praktiki addımları tapa biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti