...

Ukraynanın müvəqqəti Prezidenti baş komandan səlahiyyətlərini öz üzərinə götürdü

Dünya xəbərləri Materials 26 Fevral 2014 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Ukrayna Prezidentinin səlahiyyətlərinin icraçısı, Ali Radanın sədri Aleksandr Turçinov ölkənin Silahlı Qüvvələrinin ali baş komandanı səlahiyyətlərini öz üzərinə götürüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü UNİAN agentliyi xəbər yayıb.

Bu barədə 26 fevral tarixli "Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı səlahiyyətlərinin qəbulu haqqında" müvafiq əmrdə deyilir.
Sənəddə göstərilir: "Ukrayna Konstitusiyasının 112-ci maddəsi və 106-cı maddəsinin birinci hissəsinin 17-ci bəndinə uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı səlahiyyətlərini öz üzərimə götürürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti