...

Ukrayna Prezidenti Administrasiyasına yeni rəhbər təyin edilib

Dünya xəbərləri Materials 26 Fevral 2014 13:45 (UTC +04:00)
Ukrayna dövlət başçısının səlahiyyətlərini icra edən spiker Aleksandr Turçinov Oleq Rafalskini Prezident Administrasiyasının yeni rəhbəri təyin edib.
Ukrayna Prezidenti Administrasiyasına yeni rəhbər təyin edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Ukrayna dövlət başçısının səlahiyyətlərini icra edən spiker Aleksandr Turçinov Oleq Rafalskini Prezident Administrasiyasının yeni rəhbəri təyin edib.

Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, A.Turçinovun qərarına əsasən, O.Rafalski müvəqqəti olaraq Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edəcək.

Qeyd edək ki, A.Turçinov daha əvvəl Prezident Administrasiyasının rəhbəri Andrey Klyuev və birinci müavini Andrey Portnovun istefasını qəbul etmişdi.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə kütləvi qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 780 nəfərə çatıb.

Toqquşmalarda ölənlərin sayı isə 82 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti