...

Turçinov: Qara dəniz Donanması hərbçilərinin öz yerlərindən kənara hərəkətləri hərbi təcavüz kimi qiymətləndiriləcək

Dünya xəbərləri Materials 27 Fevral 2014 13:43 (UTC +04:00)
Ali Radanın spikeri, parlament tərəfindən Ukraynanın müvəqqəti Prezidenti elan edilmiş Aleksandr Turçinov bəyan edib ki, Rusiyanın Qara dəniz Donanması hərbçilərinin öz daimi bazalarından kənara istənilən hərəkəti Kiyev tərəfindən hərbi təcavüz kimi qiymətləndiriləcək.
Turçinov: Qara dəniz Donanması hərbçilərinin öz yerlərindən kənara hərəkətləri hərbi təcavüz kimi qiymətləndiriləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Ali Radanın spikeri, parlament tərəfindən Ukraynanın müvəqqəti Prezidenti elan edilmiş Aleksandr Turçinov bəyan edib ki, Rusiyanın Qara dəniz Donanması hərbçilərinin öz daimi bazalarından kənara istənilən hərəkəti Kiyev tərəfindən hərbi təcavüz kimi qiymətləndiriləcək. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i yazır.

Cümə axşamı parlamentdə çıxışı zamanı Turçinov deyib: "Mən Rusiyanın Qara dəniz Donanmasının nümayəndələrinə müraciət edirəm: Sazişlə razılaşdırılmış (Qara dəniz Donanmasının Krımda yerləşməsi haqqında) bazadan kənara, xüsusilə də silahla hər hansı hərəkət bizim tərəfimizdən hərbi təcavüz kimi qiymətləndiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti