...

Ukrayna Baş Qərargah rəisi istefaya göndərildi

Dünya xəbərləri Materials 28 Fevral 2014 14:16 (UTC +04:00)
Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad edib.
Ukrayna Baş Qərargah rəisi istefaya göndərildi

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad edib.

Trend-in cümə günü UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq qərarın mətni A.Turçinovun rəsmi saytında dərc olunub.

Y.İlyin 2014-cü ilin fevralın 19-da V.Yanukoviç tərəfindən vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, dünən Y.İlyinin ürək turtmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti