Azərbaycan, Bakı, 4 mart/Trend/
Ukrayna Ali Radası xarici silahlı qüvvələri ölkə ərazisindən çıxmağa çağırır. Trend-in çərşənbə axşamı UNN-ə istinadən verdiyi məlumata görə, 331 deputatdan 299-u bu qərarın lehinə səs verib.
Ali Radanın spikeri Aleksandr Turçinov qeyd edib ki, Rusiya qoşunları və Qara dəniz donanması daimi dislokasiya yerinə qayıtmalıdır: "Rusiya Ukraynanın daxili işlərinə qarışmamalıdır".
Onun sözlərinə görə, V.Yanukoviçin Ukraynaya təhvil verilməsi ikitərəfli münasibətlərin normallaşmasına xidmət edəcək.