...

Krım-tatar xalqının Məclisi referenduma hazırlığa başlayıb

Dünya xəbərləri Materials 3 Aprel 2014 11:58 (UTC +04:00)
Krım-tatar xalqının Məclisində Krım tatarlarının iradəsinin müəyyən edilməsi üzrə referenduma hazırlıq işlərinə başlanıb.
Krım-tatar xalqının Məclisi referenduma hazırlığa başlayıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Krım-tatar xalqının Məclisində Krım tatarlarının iradəsinin müəyyən edilməsi üzrə referenduma hazırlıq işlərinə başlanıb. Bu barədə Azadlıq radiosuna Məclisin yaratdığı Təşkilat qrupunun üzvü Abduraman Egiz məlumat verib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı UNİAN yayıb.

Onun fikrincə, yerli Krım-tatar xalqının referendumu BMT, ATƏT və başqa bu kimi strukturların rəhbərliyi altında keçirilməlidir: "Bu referendum legitim olmalı və dünya tərəfindən tanınmalıdır".

Bir müddət əvvəl Krımın statusunun müəyyən edilməsi üzrə Krım tatarlarının referendumunun keçirilməsi barədə təşəbbüslə Krım-tatar xalqının lideri Mustafa Cemilyev çıxış etmişdi. Bundan əlavə, Məclisin nümayəndəsi Refat Çubarov bəyan etmişdi ki, Krım tatarları xalqın iradəsini nümayiş etdirmək üçün öz referendumlarını keçirə bilərlər.

Habelə Krım tatarları yarımadada Krım-tatar xalqının milli ərazi muxtariyyətinin yaradılması proseduruna başlanmasını elan etməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti