...

Ermənistanın Baş naziri istefa verib

Dünya xəbərləri Materials 3 Aprel 2014 22:25 (UTC +04:00)
Ermənistanın Baş naziri Tiqran Sarkisyan istefa verib.
Ermənistanın Baş naziri istefa verib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Ermənistanın Baş naziri Tiqran Sarkisyan istefa verib. Trend-in Novosti Armenia-ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün vitse-spiker Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, istefa Ermənistanın Respublikan partiyası tərəfindən qəbul edilib.

"Tiqran Sarkisyan bir ay əvvəl prezidentə belə xahişlə müraciət etdi, amma dövlət başçısı ona Gömrük İttifaqı və Konstitusiya məhkəməsində pensiya islahatı haqqında işlərin baxılmasının ətrafında prosesləri nəzərə alaraq bu postda qalmağı xahiş edib. Bu gün istefa qəbul edilib" - Şarmazanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti