...

Rusiya XİN: MDB dövlət başçıları Şurasının iclası 2014-cü ilin ikinci yarısında keçiriləcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 4 Aprel 2014 14:16 (UTC +04:00)
MDB dövlət başçıları Şurasının iclası 2014-cü ilin ikinci yarısında keçiriləcək. Bu barədə cümə günü RF XİN rəhbəri Sergey Lavrov MDB XİNŞ iclasının yekunları üzrə bəyan edib.
Rusiya XİN: MDB dövlət başçıları Şurasının iclası 2014-cü ilin ikinci yarısında keçiriləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

MDB dövlət başçıları Şurasının iclası 2014-cü ilin ikinci yarısında keçiriləcək. Bu barədə cümə günü RF XİN-in rəhbəri Sergey Lavrov MDB XİNŞ iclasının yekunları üzrə bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Nazir bildirib: "Biz səmərəli görüş keçirdik, bir sıra sənədlərin hazırlanmasını müzakirə etdik. Bu ilin ikinci yarısında keçiriləcək MDB ölkələri sammitinə hazırlığa əhəmiyyətli töhfə verdik".

Öz növbəsində, Belarus XİN başçısı Vladimir Makey MDB XİNŞ iclasının yekunları üzrə bildirib ki, MDB hökumət rəhbərlərinin iclası bu ilin mayında Minskdə keçiriləcək. Onun sözlərinə görə, Belarus Ukraynanın sədrlikdən imtinasından sonra yaranmış vəziyyətə anlayışla yanaşır və ilin Birlik üçün uğurlu olmasından ötrü əlindən gələ hər şeyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti