...

Sergey Lebedev Ukraynanın MDB üzvlüyündə qalacağına ümid edir

Dünya xəbərləri Materials 4 Aprel 2014 14:57 (UTC +04:00)
MDB icraçı katibi Sergey Lebedev Ukraynanın Müstəqil Dövlətlər Birliyində qalacağına ümid etdiyini bildirib.
Sergey Lebedev Ukraynanın MDB üzvlüyündə qalacağına ümid edir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

MDB-nin icraçı katibi Sergey Lebedev Ukraynanın Müstəqil Dövlətlər Birliyində qalacağına ümid etdiyini bildirib. Bu barədə o, MDB XİN rəhbərləri Şurasının görüşünün yekunları üzrə bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

S.Lebedev deyib: "Ümid edirəm ki, Ukrayna MDB üzvlüyündə qalacaq. Çünki bu, Ukrayna xalqının maraqlarına cavab verir".

O, habelə qeyd edib ki, Belarus 2014-cü ildə MDB-nin bütün ali orqanlarında sədrlik edəcək.

Onun sözlərinə görə, görüş iştirakçıları "MDB-nin bayrağını dərhal tutan" Belarus rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bir müddət əvvəl Kiyev 2014-cü ildə Birliyə gələcək sədrlikdən imtina etdiyini bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti