...

Ukrayna DİN: Xarkovda antiterror əməliyyatı keçirilib, 70 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 8 Aprel 2014 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Xarkovda hüquq-mühafizə orqanları antiterror əməliyyatı keçirərək 70 nəfəri separatizmdə şübhəli şəxs qismində saxlayıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün "Facebook" səhifəsində yazıb. Trend-in məlumatına görə, bu barədə "RBK-Ukrayna" agentliyi xəbər verib.

O deyib: "Xarkov vilayətinin dövlət administrasiyasının binası gecə yenidən binanı ələ keçirənlərdən təmizlənib. 70-ə yaxın separatçı həbs edilib".

Avakov qeyd edib ki, əməliyyat odlu silah tətbiq edilmədən həyata keçirilib.

Bir müddət əvvəl Avakov məlumat vermişdi ki, Donetsk, Luqansk və Xarkov vilayətlərinə Ukraynanın digər regionlarından xüsusi milis hissələri gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti