...

DİN: Ukraynanın şərqində böhran yaxın 48 saat ərzində həll olunacaq

Dünya xəbərləri Materials 9 Aprel 2014 14:05 (UTC +04:00)
Ukraynanın şərq vilayətlərində böhranın həlli yaxın iki sutka ərzində mümkün olacaq. Bu barədə çərşənbə günü hökumətin iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.
DİN: Ukraynanın şərqində böhran yaxın 48 saat ərzində həll olunacaq

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ukraynanın şərq vilayətlərində böhranın həlli yaxın iki sutka ərzində mümkün olacaq. Bu barədə çərşənbə günü hökumətin iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib. Trend-in məlumatına görə, xəbəri "Ukrinform" yayıb.

O deyib: "Hesab edirəm ki, bu böhranın həlli [şərqdə] yaxın 48 saat ərzində baş verəcək".

Bununla yanaşı, Avakov əlavə edib ki, Donetsk, Luqansk və Xarkov vilayətlərində antiterror əməliyyatı rejimi qüvvəyə minib: "Bu münaqişənin həllinin iki qütbü var - siyasi dialoq və güc variantı. Biz hər ikisinə hazırıq. Mənim fikrimcə, məsələ ondadır ki, bu, Xarkovdakı kimi baş verməlidir".

Son iki gündə Donetsk, Luqansk və Xarkovda federallaşma tərəfdarlarının mitinqləri keçirilir. Mitinq iştirakçıları öz regionlarının statusu ilə bağlı referendum keçirilməsini tələb edirlər.

Qeyd edək ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti