...

İqor Şuvalov: Rusiya Qərbə qarşı cavab sanksiyaları tətbiq etməyə hazırlaşmır

Dünya xəbərləri Materials 10 Aprel 2014 13:16 (UTC +04:00)
Rusiya Ukraynadakı böhran fonunda Qərbə qarşı heç bir cavab sanksiyası tətbiq etməyə hazırlaşmır.
İqor Şuvalov: Rusiya Qərbə qarşı cavab sanksiyaları tətbiq etməyə hazırlaşmır

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Rusiya Ukraynadakı böhran fonunda Qərbə qarşı heç bir cavab sanksiyası tətbiq etməyə hazırlaşmır. Bu barədə RF Baş nazirinin birinci müavini İqor Şuvalov Berlində keçirilən beynəlxalq Şərq Forumunda çıxışı zamanı deyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Görüş iştirakçıları Avropada ticari-iqtisadi əməkdaşlığın əsas məsələlərini, inteqrasiya birliklərinin qarşılıqlı fəaliyyətinin davamlı modellərinin yaradılmasını müzakirə ediblər.

Şuvalov bildirib: "Sanksiyalar bütün ölkələrə zərər vurur. Biz cavab sanksiyaları tətbiq etməyə hazırlaşmırıq. Rusiyada belə çağırış yoxdur".

Eyni zamanda o deyib: "Aydındır ki, biz öz iqtisadiyyatımızı xilas etmək üçün addımlar atmağa məcburuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti