...

1994-cü ildəki terror aktının araşdırılması haqqında Argentina və İran arasındakı memorandum konstitusiyaya zidd hesab olunub

Dünya xəbərləri Materials 16 May 2014 07:52 (UTC +04:00)
1994-cü ilin iyulun 18-də Buenos-Ayresdəki terror aktının araşdırılması haqqında qarşılıqlı anlaşma haqqında memorandum, Argentinanın konstitusiyasına zidd hesab olunub.
1994-cü ildəki terror aktının araşdırılması haqqında Argentina və İran arasındakı memorandum konstitusiyaya zidd hesab olunub

Azərbaycan, Bakı, 16 may /Trend/

1994-cü ilin iyulun 18-də Buenos-Ayresdəki terror aktının araşdırılması haqqında qarşılıqlı anlaşma haqqında memorandum, Argentinanın konstitusiyasına zidd hesab olunub. Belə qətnaməni bu ölkənin federal məhkəməsinin kollegiyası cümə axşamı çıxarıb. Sənədi Argentina və İran 2013-cü ilin yanvarında imzalayıblar. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.

Argentina hakimiyyəti hesab edir ki, 85 insanın həyatına son qoymuş partlayışa İslam Respublikasının keçmiş müdafiə naziri Əhməd Vahidi daxil olmaqla İranın səkkiz vətəndaşının aidiyyəyi olub. Rəsmi Tehran onların günahsızlığında təkid edir.

Terror aktı yəhudi mədəni mərkəzinin binasında təşkil edilib.

Federal məhkəmə şübhələnilənlərin verilməsi haqqında İrana təkrar sorğu göndərilməsinə və İnterpoldan onların həbsinə dair orderin verilməsinə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti