...

Ukrayna DİN: Mariupolda antiterror əməliyyatının aktiv mərhələsi başlayıb

Dünya xəbərləri Materials 13 İyun 2014 11:31 (UTC +04:00)
Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başlayıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün "Facebook" səhifəsində yazıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Seqodnya" saytı yazıb.
Ukrayna DİN: Mariupolda antiterror əməliyyatının aktiv mərhələsi başlayıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başlayıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün "Facebook" səhifəsində yazıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Seqodnya" saytı yazıb.

A.Avakov deyib: "Çeçen" ləqəbli avtoritetin başçılıq etdiyi DXR [qondarma "Donetsk Xalq Respublikası"] terrorçularının möhkəmləndiyi rayonun ləğvi üzrə əməliyyat gedir. Mariupolun mərkəzində yerləşən əməliyyat rayonu mühasirəyə alınıb. Əməliyyatda Ukrayna Milli Qvaradiyasının hissələri, DİN-in "Azov" və "Dnepr-1" xüsusi hissələri iştirak edir. Mariupol ətrafındakı blok postlar silahlı qüvvələri təchiz edir".

Onun sözlərinə görə, əməliyyat yerli vaxtla səhər saat 4.50-də başlayıb: "[Əməliyyat] plan üzrə gedir. Uğurludur. Bu müddət ərzində terrorçuların bütün əsas dayaq məntəqələri nəzarət altına götürülüb. Terrorçuların snayper nöqtələri məhv edilib. Terrorçular tərəfdə itkilər hədsiz çoxdur. Bizim tərəfimizdən itki yoxdur - iki döyüşçü yaralanıb. Əməliyyat davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti