...

Putin və Poroşenko Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 18 İyun 2014 12:44 (UTC +04:00)
Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko və Vladimir Putin telefon danışığı zamanı Ukraynanın şərqində davamlı atəşkəs rejiminin reallaşdırılması üçün vacib olan bir sıra birinci dərəcəli tədbirləri müzakirə ediblər.
Putin və Poroşenko Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko və Vladimir Putin telefon danışığı zamanı Ukraynanın şərqində davamlı atəşkəs rejiminin reallaşdırılması üçün vacib olan bir sıra birinci dərəcəli tədbirləri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı Ukrayna Prezidentinin sülh planının reallaşdırılması, eləcə də Donetsk və Luqansk vilayətlərində gərginliyin azaldılması çərçivəsində baş tutub.

Məlumatda deyilir: "Ukrayna və Rusiya prezidentləri davamlı atəşkəs rejiminin reallaşdırılması üçün vacib olan bir sıra birinci dərəcəli tədbirləri, eləcə də onun monitorinqinin maksimum effektiv yollarını müzakirə ediblər. Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın dövlət başçısını saxlanılan bütün jurnalistlərin və fəalların azad edilməsinə yardım etməyə çağırıb".

Bu zaman məlumatda söhbətin məhz kimlərdən getdiyi dəqiqləşdirilmir.

Dünən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Poroşenko ilə telefon danışığı zamanı Putin Ukraynada KİV nümayəndələrinin təhlükəsizliyinin heç bir şərt olmadan təmin edilməsinin vacibliyini qeyd edib. Eləcə də dövlət başçıları ikitərəfli Rusiya-Ukrayna münasibətlərinin aktual məsələlərini müzakirə ediblər və Ukraynanın cənub-şərqində atəşkəs rejiminin mümkünlüyü mövzusuna toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti