...

Türkiyədə yeni şəxsiyyət vəsiqələri hazırlanır

Dünya xəbərləri Materials 8 İyul 2014 10:27 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Bülənt Arınç ölkədə yeni şəxsiyyət vəsiqələrinin hazırlandığını və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.
Türkiyədə yeni şəxsiyyət vəsiqələri hazırlanır

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Rufiz Hafizoğlu

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç ölkədə yeni şəxsiyyət vəsiqələrinin hazırlandığını və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, yeni şəxsiyyət vəsiqələri əvvəlkilərdən öz fərqli dizaynı ilə seçiləcəklər. Bununla yanaşı, yeni şəxsiyyət vəsiqələrində vətəndaşın dini mənsubiyyətini əks etdirən qrafanın olmayacağı bildirilir.

Digər fərqləndirici xüsusiyyətlərdən biri isə yeni şəxsiyyət vəsiqələrində vətəndaşın pasport, sürücülük vəsiqəsi və bank hesabları haqqında məlumat daşıyan mikro çipin olmasıdır.

Yeni şəxsiyyət vəsiqələrinin nə zaman istifadəyə veriləcəyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti