...

Azyaşlı ABŞ-da uşaq bağçasına doldurulmuş tapança gətirib

Dünya xəbərləri Materials 27 Avqust 2014 12:29 (UTC +04:00)
Amerikanın Pensilvaniya ştatının Alikuippa şəhərində azyaşlı uşaq bağçasına özü ilə çantasında 22 kalibrli doldurulmuş tapança gətirib.
Azyaşlı ABŞ-da uşaq bağçasına doldurulmuş tapança gətirib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Amerikanın Pensilvaniya ştatının Alikuippa şəhərində azyaşlı uşaq bağçasına özü ilə çantasında 22 kalibrli doldurulmuş tapança gətirib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü RİA Novosti "CBS Pittsburg"a istinadən xəbər yayıb.

Uşaq bağçasının müdiri Devid Vıtiyazın bildirdiyinə görə, məktəb yaşına çatmamış uşaqlardan biri tapıntı barədə müəllimə deyib. Bundan sonra müəllim içərisində tapança olan çantanı uşaqdan götürüb və direktorla əlaqə saxlayıb.

Vıtiyaz bəyan edib: "Pistolet götürülüb, bu zaman heç bir uşaq silahı görməyib".

Uşağın sözlərinə görə, o, əzizlərindən kimsənin xəsarət almasını istəmədiyi üçün uşaq bağçasına tapança gətirib. Tərbiyəçilər hesab edirlər ki, uşağın pis niyyəti olmayıb.

Polis uşağın valideynlərinə hadisə ilə bağlı məlumat verib. Hazırda hadisə araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti