Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
İranın şimalındakı Semnan əyalətinin Şahmirzad şəhərində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Trend xəbər verir ki, bu barədə İranın Fars agentliyi xəbər yayıb.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoqrafiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:09-da qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur.