...

Kanadada partlayış baş verib, beş nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Oktyabr 2014 02:12 (UTC +04:00)
Kanadanın Sarniya şəhərində (Ontario əyaləti) Veolia Environmental Services Technical Solutions, şirkətinin sənaye müəssisəsində partlayış zamanı beş nəfər xəsarət alıb.
Kanadada partlayış baş verib, beş nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Kanadanın Sarniya şəhərində (Ontario əyaləti) Veolia Environmental Services Technical Solutions, şirkətinin sənaye müəssisəsində partlayış zamanı beş nəfər xəsarət alıb. Trend TASS agentliyinə istinadən bu barədə VTV telekanalına xəbər verir.

Hadisə yerində yanğınsöndürənlər və xilasetmə komandaları işləyir. Hadisənin təfərrüatları və partlayışın səbəbləri hələlik açıqlanmır.

Veolia sənaye müəssisələrində təmizlik işlərin aparılması üzrə xidmət göstərir, həmçinin adətən AES binalarının kimyəvi təmizlənməsini təklif edir.

Kanadada artıq bu həftə ərzində ikinci irimiqyaslı fövqəladə hadisədir. 1982-ci il təvəllüdlü, Kanada vətəndaşı Maykl Zexav-Bibo oktyabrın 22-də çərşənbə günü səhər Ottava şəhərinin mərkəzində üç nöqtədə atəş açıb: Milli hərbi memorialın yanında, Parlamentdə və onun yaxınlığında, həmçinin Rideau Centre ticarət mərkəzinin yanında.

Ölkənin baş naziri Stiven Harper bildirib ki, Kanada hərbi memorialın yanında təlimlə bağlı təhlükəsizlik xidmətinin səlahiyyətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti