...

Putin və Ərdoğan AES tikintisini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 20 Noyabr 2014 12:26 (UTC +04:00)
Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfəri zamanı iki ölkə arasında iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.
Putin və Ərdoğan AES tikintisini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfəri zamanı iki ölkə arasında iqtisadi və siyasi məsələlər müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin "Star" qəzeti məlumat yayıb.

Rusiya Prezidentinin Türkiyəyə səfəri bu il dekabr ayının 1-nə planlaşdırılıb.

Səfər zamanı müzakirələrin mühüm mövzularından biri Türkiyədə "Akkuyu" atom elektrik stansiyasının (AES) tikintisi olacaq.

Bundan başqa, regional problemlərin müzakirə olunacağı da gözlənilir.

Bir müddət əvvəl xəbər veilmişdi ki, Türkiyənin Mersin vilayətindəki "Akkuyu" ilk atom elektrik stansiyasının (AES) tikintisini həyata keçirəcək Rusiyanın "Atomstroyeksport" şirkəti AES-in tikintisi üçün Türkiyə şirkətləri arasında tərəfdaş axtarır.

"Atomstroyeksport" Türkiyə şirkətlərinə layihədə 49 faizlik pay verməyə hazırdır. Həmçinin, Türkiyə şirkətlərinə AES-in infrastrukturunun yaradılması işləri həvalə edilə bilər.

Layihə çərçivəsində tikinti işlərinə iki ildən sonra başlanması planlaşdırılır. Hazırda AES-in ətraf mühitə mümkün təsirinin müəyyən edilməsi işləri aparılır.

AES-in birinci bloku artıq 2019-cu ildə istismara veriləcək və elə həmin il stansiya işə salınacaq.

Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti