...

Rusiya Türkiyəyə satılan qazın qiymətini ucuzlaşdıracaq

Dünya xəbərləri Materials 1 Dekabr 2014 23:30 (UTC +04:00)
Rusiya Türkiyəyə satılan qazın qiymətini gələn ilin yanvarın 1-dən 6 faiz ucuzlaşdıracaq. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ankaraya səfəri çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi birgə mətbuat konfransında deyib.
Rusiya Türkiyəyə satılan qazın qiymətini ucuzlaşdıracaq

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Rusiya Türkiyəyə satılan qazın qiymətini gələn ilin yanvarın 1-dən 6 faiz ucuzlaşdıracaq. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ankaraya səfəri çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyənin enerji ehtiyaclarının qarşılanması üçün "Mavi Axın Boru Xətti"nin tutumunun artırılması mövzusunda razılaşma əldə edilidiyini bildirən Putin Türkiyənin tələbi ilə 3 milyard kubmetr əlavə qaz satacaqlarını deyib.

Türkiyədə tikiləcək atom elektrik stansiyasının tikintisi ilə bağlı maliyyə və ya zaman məsələrində problem olmadığını deyən Putin layihənin təhlükəsizliyini təmin etmək üçün "Fukuşima"dan sonra tətbiq olunan texnologiyalardan istifadə olunacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti