Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Bu ilin sonuna Ermənistanın xarici borcu artıq 4,2 milyard dollar olacaq. Trend xəbər verir ki, bu barədə "Armenianreport" saytı "Aykakan Jamanak" qəzetinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ölkə parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında ölkə üçün ümumi dəyəri 260 milyon dollar olan yeni kreditlərə dair 7 beynəlxalq saziş müzakirə olunacaq.
Kreditlər elektrik enerjisinə, su təminatına, həmçinin xidmət sahələrinə aiddir. Bu ilin sonunda Ermənistanın xarici borcu artıq 4,2 milyard dollar təşkil edəcək. Bəzi qiymətləndirmələrə əsasən, növbəti ilin sonunda bu rəqəm beş milyard dollara çata bilər. Bundan başqa, 2015-ci il büdcəsində Ermənistanın təxminən ödəməli olduğu qədər borc götürməsi nəzərdə tutulur.
Yəni, nəşrin yazdığına görə, ölkə köhnə borcları ödəmək üçün yeni kreditlər götürəcək ki, bu da özü-özlüyündə korrupsiyanın ümumi intişarı fonunda pis işarədir.